Tikə-tikə doğranan gəlinin meyitinin FOTOSU - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
1 Fevral 2021 13:34 KriminalBakıda qayınatası tərəfindən qətlə yetirilən qadının meyitinin fotosu ortaya çıxıb.
Olaylar.az Sonxeber.az-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Banu Məmmədovanın zibil qutusunda tapılan meyitinin fotosu sosial şəbəkədə yayılıb.
Banu Məmmədovanın iki uşaq anası olduğu bildirilir.
İ.Məhərrəmov gəlinini yatdığı yerdə evdə tək olarkən qətlə yetirib və hissələrə ayırıb. Daha sonra isə o, izi itirmək üçün qadının meyitini torbalara yığıb yaxınlıqdakı zibil qutusuna atıb.
Qətlə yetirilən B.Məmmədovanın həyat yoldaşı xarici ölkələrdən birində olduğundan o, qayınatası və qayınanası ilə birlikdə yaşayırmış.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
İ. Məhərrəmov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Banu Məmmədovanın meyitinin fotosunu oxucularımıza təqdim edirik:
