Kamran Əliyevdən polkovniklə bağlı ƏMR
30 Yanvar 2021 12:08 KriminalRespublika Hərbi Prokurorluğunda kadr islahatı olub.
Olaylar.az bildirir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovniki Aydın Ələsgərov Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi təyin olunub.
O, bundan əvvəl Respublika Hərbi prokurorunun böyük köməkçisi işləyib.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən faktı Oxu.Az-a təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31