3 polkovnik həbs edildi - Gizli MƏLUMAT ÖTÜRÜRMÜŞLƏR
27 Yanvar 2021 12:42 KriminalAnkara Baş Prokurorluğu FETÖ/PDY terror qruplaşmasına qarşı əməliyyatlar çərçivəsində həbslərə qərar verib.
Təşkilatın "məhrəm xidmətlər" qolu ilə əlaqələri aşkarlanan ehtiyatda olan 3 polkovnik-leytenant, 1 "məhrəm imam" haqqında həbs qətimkan tədbiri seçilib.
İstintaq Terror Cinayətlərinin Təhqiqat Bürosu tərəfindən aparılır. Milli Kəşfiyyat Xidmətinin məlumatından sonra həmin şəxslərin Ankara və daha əvvəl xidmət etdikləri müxtəlif rayonlarda mağaza, market və bu kimi ictimai məkanlardakı telefonlardan istifadə edərək FETÖ üzvləri ilə əlaqə saxladıqları məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31