Yardımlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7 Oktyabr 2020 13:34 KriminalYardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən"Olaylar"a verilən məlumata görə, oktyabrın 6-da saat 15 radələrində rayonun Gendərə kəndi ərazisində Cəlilabad rayon sakini Təbriz Dadaşov idarə etdiyi "QAZ-31029" markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31