Bakının məşhur restoranında atışma: yaralılar var
Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib
4 Aprel 2019 10:38 KriminalBakının Binəqədi rayonunda yerləşən "Çeşməli" restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib. Nəticədə, iki nəfər xəsarət alıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev isə kəllə-beyin travması alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31