Boşanan qızının intiharına dözmədi, eyni gündə özünü öldürdü - Bakıda dəhşət - YENİLƏNİB

Bakının Yeni Suraxanı qəsəbəsində ana və qızının yaşadıqları evdə meyitləri tapılıb.

17:39

Suraxanı rayonunda ana və qızının asılmış meyiti tapılıb.

Bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə martın 28-də, saat 12:30 radələrində  baş verib. Meyiti tapılan şəxslər 40 yaşlı Saatlı sakini Qasımova Aidə Ələkbər qızı və onun 24 yaşlı qızı Qasımova Fatimə Daşqın qızıdır.

Hər ikisi bir neçə ay əvvəl kirayəyə götürdükləri evdə intihar edib.

Məlumata görə, ana və qızın meyitləri ölümdən beş gün sonra aşkarlanıb. İstintaq versiyasına görə, əvvəl qız özünü asıb, bunu görən ana dərdə dözə bilməyərək, eyni üsulla həyatına son qoyub.

Qeyd olunur ki, Fatimə Qasımova bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onların kirayə mənzilə köçmələri də boşanma ilə əlaqədardır. Prokurorluq bir neçə versiyanı nəzərdən keçirsə də, hələlik bu barədə məlumat verilmir. 

Suraxanı Rayon Prokurorluğu baş vermiş ikili intihar hadisəsini araşdırır.

---------
17:37

Azərbaycanda tükürpədici hadisə baş verib. 
 
Bakının Yeni Suraxanı qəsəbəsində ana və qızının yaşadıqları evdə meyitləri tapılıb. 
 
Məlumata görə, 24 yaşlı Fatimə və anası Aidə 6 ay əvvəl Sabirabad rayonundan Bakıya köçüblər. Onlar Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5-də kirayə ev tutub yaşamağa başlayıblar.
 
Ötən həftə isə ailənin dəhşətli faciəsi ortaya çıxıb. Belə ki, ana-qızdan bir neçə gün xəbər çıxmadığını görən yaxınları onların yaşadığı evə gəlib və qan donduran mənzərə ilə rastlaşıb. Evdə onların hər ikisinin asılmış meyitləri tapılıb. 
 
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, 24 yaşlı gənc qız anasından əvvəl ölüb. Onun meyiti evin ortasında sərilmiş və üzü örtülmüş vəziyyətdə olub. Ananın meyiti isə tavandan asılmış halda aşkarlanıb. Kriminalistlər müəyyənləşdirib ki, hadisə 5 gün əvvəldən baş verib və ana-qızın meyitləri 5 gün ərzində evdə qalıb. 
 
İlkin ehtimallara görə, ana-qız özlərini asaraq intihar edib. İntihar aktını isə əvvəlcə qız həyata keçirib.
 
Mərhumların yaxınları onu da iddia edir ki, onlar özlərini öldürməyib, öldürülüb və daha sonra intihar etdikləri mənzərəsi yaradılıb.  
 
Qeyd edək ki, 24 yaşlı Fatimə Bakıda ingilis dili müəllimi işləyib. Onun anası Aidə həyat yoldaşından boşanıb. Ana-qız birlikdə yaşayırmış. 
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31