Astara sakinindən külli miqdarda narkotik vasitə götürülüb

770 qram olan heroin və elektron tərəzi aşkar edilərək götürülüb

Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Pensər kənd sakini A.Şükürov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 770 qram olan heroin və elektron tərəzi aşkar edilərək götürülüb. DİN-dən "Olaylar" verilən məlumata görə, davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Telman kənd sakini K.Novruzov  da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 420 qram heroin və elektron tərəzi götürülüb. K.Novruzovun Telman kəndində yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq 460 qram heroin aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31