Polis vətəndaşlardan odlu silah götürüb

Hüquq-mühafizə orqanları bir sıra vətəndaşdan odlu silah götürüblər

Hüquq-mühafizə orqanları bir sıra vətəndaşdan odlu silah götürüblər. DİN-dən "Olaylar"a bildirilib ki, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocavənd rayon sakini S.Nəzərovun şəhər ərazisində yaşadığı evdən "TOZ-8" markalı tüfəng və 59 ədəd patron, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş M.Əzizovun idarə etdiyi "VAZ-2107" markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb. Həmçinin Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəmərvan kənd sakini Ə.Əmirovdan müvafiq sənədləri olmayan "Bum" markalı ov tüfəngi,  götürülüb. Polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini A.Qasımov "İJ" markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31