Asılmış meyitləri tapılan ana və qızının kimliyi məlum oldu - Bakıda DƏHŞƏT

Qasımova Aidə Ələkbər qızının və onun qızı Qasımova Fatimə Daşqın qızının mənzildə asılmış vəziyyətdə meyiti tapılıb.

Bakıda dəhşətli hadisə baş verib.

Yeni Suraxanı qəsəbəsində kirayə yaşayan Qasımova Aidə Ələkbər qızının və onun qızı Qasımova Fatimə Daşqın qızının mənzildə asılmış vəziyyətdə meyiti tapılıb.

Sabirabad rayonunun sakini olan ana və qızının bir neçə ay əvvəl Bakıya köçdüyü bildirilir. A.Qasımova bir müddət əvvəl həyat yoldaşından boşanıbmış. Onun keçmiş əri rayonda tanınmış mollalardan sayılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri bakupost.az saytı yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31