Novxanıda avtobus qəzası: 1 ölü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi "İsuzu" markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

teleqraf

Bakıda metronun qarşısında sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31