Kürdəmirdə YANĞIN: ölən var
29 Noyabr 2018 21:09 KriminalKürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.
Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğundə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31