Kür çayında 1 nəfər batıb
30 Avqust 2018 15:24 KriminalBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Tovuz rayonunun Girzan kəndindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31