Mingəçevir sakini Bakıda bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Qarayev Aydın Gəray oğlu Xətai rayonu, Sarayevo küçəsi, 13 ünvanında naməlum şəxs tərəfindən bıçaqlanıb.Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. A.Qarayev koma vəziyyətində olduğundan onun kim tərəfindən bıçaqlanmasını müəyyən etmək hələ mümkün olmayıb. Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31