Orta məktəbdən kompüter oğurlanıb
30 Avqust 2018 15:01 KriminalBakıda orta məktəbdən kompüter avadanlıqları oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi və Pirallahı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 29-na keçən gecə Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompüter avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31