Evdən xeyli miqdarda pul və qızıl aparılıb
30 Avqust 2018 14:25 KriminalBakıda evdən 5000 ABŞ dolları və 1700 manatlıq qızıl əşyalar oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Səbail rayon Polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 1700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəmil Mahmudov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00