Həbsxanadan qaçan azərbaycanlı "qanuni oğru" tutuldu - Üzərindən çıxanlar təəccübləndirdi

İstanbul Polis İdraəsinin Cinayətlə Mübarizə Şöbəsinin əməkdaşları Azərbaycana qaytarılması məqsədi ilə axtarışda olan 49 yaşlı "qanuni oğru" Anbar S.-nin İstanbulda olduğu barədə məlumat əldə ediblər.

Olaylar.az  Milli.Az-a istinadən xəbər verir ki, polis əməkdaşları ötən gün İstanbulun Şişli rayonunda təşkil etdikləri əməliyyat zamanı "kriminal avtoritet"i yaxalayıblar.

Anbar S.-nin üzərinə baxış zamanı fərqli şəxslərə məxsus müxtəlif saxta şəxsiyyət vəsiqələri aşkar edilib.

Anbar S. adlı mafiya lideri ilə bağlı təhlükəsizlik əməkdaşlarının apardığı istintaq araşdırması zamanı onun 2017-ci ilin 18 dekabr tarixində Maltəpə həbsxanasından Ərzurum həbsxanasına aparıldığı zaman qaçdığı, 3 saxta adla, müxtəlif cinayət əməllərinə görə axtarışda olduğu ortaya çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31