Ana ilə qızını öldürüb tövlə gizlətdilər - Azərbaycanda daha bir dəhşətli qətl
30 Avqust 2018 11:05 KriminalCəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.
Olaylar.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaqustun 29-u gecə saatlarında baş verib. 86 yaşlı Firuzə və qızı 46 yaşlı Sənubər yaşadıqları evdə qətlə yetiriliblər.
Hadisəni törədən şəxs və ya şəxslər Firuzənin meyitini evin arxasında doğrayaraq tövlədə gizlədiblər. Qızı Sənubərin meyiti isə evin içindən tapılıb.
Hazırda polis və prokuorluq orqanlarının əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31