Tovuzda zəncirvari qəza olub, yaralılar var
30 Avqust 2018 10:16 KriminalTovuzda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Aşağı Quşçu kənd ərazisində baş verib.
Belə ki, "Mercedes" , "Fiat" və "VAZ-2104" markalı avtomobillərin toqquşması nəticəsində zəncirvari qəza baş verib. İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31