Lənkəran sakininin evində 3 kq marixuana aşkar edilib
29 Avqust 2018 17:55 KriminalLənkəran rayon sakininin evində narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakini Adil Əkbərovun evinə baxış zamanı oradan 3 kiloqram 65 qram marixuana aşkar edilərək götürülüb. Araşdırmalarla onun narkotik vasitəni Nərimanabad qəsəbə sakini Sahib Nəhmətovla birgə əldə etməsi müəyyən edilib. Görülmüş tədbirlərlə S.Nəhmətov da saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31