Bakıda qətl törədən şəxs tutulub

Bakı şəhər sakini Rauf Qəribovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 14-də paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Şamil Fətiyev saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31