Paytaxtda soyğunçu saxlanıb
29 Avqust 2018 17:31 KriminalXəzər rayonunun Qala qəsəbəsi ərazisində qəsəbə sakini E.Hüseynovu döyərək pulunu və mobil telefonunu almaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 28-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini E.Hüseynovu döyüb 32 manat pulunu və mobil telefonunu almışdır. Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Hüseynov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31