4 evdən oğurluq edənlər ələ keçdilər

Qusar rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən şəxlər saxlanılmışlar. DİN-dən "Olaylara verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart-avqust ayları ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Vüqar Salmanov və əvvəllər məhkum olunmuş Rafiq Mehrəliyev saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki daha 2 evdən ümumilikdə 2800 manat, 2900 ABŞ dolları, 2000 rubl və qızıl əşyalar oğurlamaları da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31