Avtomobili qarət edənin əlləri qandallanıb
29 Avqust 2018 17:24 KriminalNəsimi rayonu ərazisində "Daewoo" markalı avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 30-da rayon ərazisində "Daewoo" markalı avtomobildən 347 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəfərov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31