Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilas edilib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Qobu qəsəbəsində "Daewoo" və "Mercedes" markalı iki minik avtomobili toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Daewoo" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31