Dənizdə batan şəxsin axtarışı aparılır
29 Avqust 2018 17:17 KriminalBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28.08.2018-ci il tarixində Abşeron rayonunun Novxanı kəndində dənizdə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31