Bakıda yaşayış binasında yanğın olub

Bakının Nizami rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın olub.

Binanın 5-ci mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kv.m sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 9 kv.m sahədə və məişət əşyası əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31