Ölkəyə qanunsuz siqaret gətirmək cəhdi baş tutmadı
29 Avqust 2018 13:45 KriminalTovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumatda bildirilib ki, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda qoltuqaltının altında 2000 ədəd "King" markalı siqaret və mobil telefon üçün 4 ədəd yükləyici, 4 ədəd qulaqlıq, 20 ədəd qutu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31