Bakıda ikimərtəbəli tikili yanıb

Bakı şəhərinin Binəqədi rayonunda vətəndaşa məxsus tikilidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Həmçinin İmişli rayonunda ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31