Daha bir intiharın qarşısı alınıb
28 Avqust 2018 18:27 KriminalBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kişi beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir. Fövqəladə Hallar Nazirliyibndən "Olaylar"a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınmışdır. Əməliyyat başa çatmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31