Avtomobildən çanta aparan yaxalanıb
28 Avqust 2018 17:45 KriminalXətai rayonu ərazisində avtomobildən çantanı oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisində "Hyundai" markalı avtomobildən içərisində 9700 manat pul olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Teymur Quluzadə saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31