Mağazadan qızılı üzük oğurlayan ələ keçib
28 Avqust 2018 17:42 KriminalPaytaxtın Nizami rayonu ərazisindəki mağazaların birindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki mağazaların birindən 1550 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xalidə Quliyeva saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31