Sumqayıtda 40 yaşlı kişini döyüb qulağını kəsmək istədilər
24 Avqust 2018 15:38 KriminalSumqayıtda 40 yaşlı evli kişi küçədə küt alətlə ölümcül döyülüb.
Olaylar.az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində baş verib.
Belə ki, küçədə gedən Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zərbəliyev Elşad Səlim oğlu adı hələki istintaqa məlum olmayan şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Elşad Zərbəliyevin əvvəlcə başına küt alətlə vurublar. Daha sonra onu ölümcül döyərək qulağına kəsici alətlə kəsmək istəyiblər. Başında, qulağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31