Bazarda xiyar üstündə satıcını bıçaqlayan şəxs saxlanıldı
23 Avqust 2018 14:44 KriminalMingəçevir şəhərində bazarda satıcını bıçaqlayan şəxs tutulub.
"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü Samir Vaqif oğlu Musayevi bıçaqlayan Yevlax rayonunun Bəydilli kənd sakini Nemət Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Qeyd edək ki, hadisə avqustun 23-də baş verib. N.Kərimov bazarda xiyarın topdansatışı ilə məşğul olur və mütəmadi olaraq Mingəçevirdə müştəriləri bu məhsulla təmin edir. Hadisə də alqı-satqı məsələləri, məhsulun pulunun toplanılmasında yaranan anlaşılmazlıq və məhsulun keyfiyyəti ilə qiyməti arasında yaranan mübahisə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31