Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü çıxarılıb
9 Avqust 2018 17:35 KriminalBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağsu rayonunda "Mercedes" markalı minik avtomobili dərəyə aşıb.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31