Naqil oğrusu ələ keçdi

Silsilə oğurluqla məşğul olan Bakı şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 31-də  rayon ərazisindəki evlərin birindən 720 metr elektrik naqili və 192 ədəd elektrik qoruyucusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Əliyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31