Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini tutulub.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 29-da Nəsimi rayonu ərazisindəki marketlərdən birinin kassasından 500 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Əsədov 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31