Avtomobil piyadanı vurub öldürdü
9 Avqust 2018 16:39 KriminalNeftçala rayonunun Xıllı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 8-də saat 16 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurub.Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.Neftçala RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31