Toqquşan avtomobillərin sürücüləri ölüblər
Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
9 Avqust 2018 14:56 KriminalSabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 8-də saat 23 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Kamran Muradovun idarə etdiyi "TOFAŞ" markalı avtomobili yolun kənarında dayanmış Ziya Dövlətovun idarə etdiyi "Hyundai HD" markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş hər iki sürücü orada ölüblər. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31