Avtomobildən oğurluq edən saxlanıb

Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ  22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də S.Ağazadənin "Mercedes" markalı avtomobilindən 300 manat və mobil telefon oğurlamaqda, Z.Mirzəzadənin "Mercedes" markalı avtomobilindən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abbasov saxlanılmış, daha 2 nəfər isə müəyyən edilmişdir. Onların iyulun 23-də Bakı şəhər sakini S.Qasımovun "Mercedes" markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31