1550 məhkum cəzalardan azad olunub
27 İyul 2018 13:23 KriminalDövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə bağlı ötən ilin sonunda cinayət qanunvericiliyinə edilmiş əsaslı dəyişikliklərə uyğun olaraq 6.500 şəxs barədə sənədlərə məhkəmələrdə baxılıb.
"Olaylar" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, nəticədə məhkumların bir çoxunun cəza müddəti azaldılıb, yaxud cəzası daha yüngül cəza ilə əvəz edilib, 1.550 məhkum isə cəzalardan azad olunub.Eyni zamanda, penitensiar infrastrukturun müasirləşdirilməsi, bu xidmətin peşəkar kadr korpusunun formalaşdırılması, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin genişləndirilməsi üzrə əməli tədbirlər görülüb, məhkumların faydalı əməklə məşğul olmaları üçün zəruri şərait yaradılıb. Azadlıqdan məhrum etməyə alternativ cəzaların səmərəli icrası məqsədilə yaradılmış Probasiya xidmətinin fəaliyyəti təmin edilib, məhkumlar üzərində elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb, bu məqsədlə elektron monitorinq xidməti istifadəyə verilib.