Paytaxtda mənzildən skeletləşmiş meyit tapıldı

Bakıda mənzildən meyit tapılıb.

Paytaxtın Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyən edilib.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31