18 yaşlı gənc qətl törədib
10 May 2016 12:49 KriminalGəncə şəhərində qətl hadisəsi baş verib. Bu barədə Gəncə şəhər Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilib ki, hadisə mayın 9-da saat 14:00 radələrində baş verib. Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Həsən Şöhrət oğlu mübahisə nəticəsində həmyerlisi, 1995-ci il təvəllüdlü Əliyev Müstəcəb Hüseyn oğlunu bıçaqlayaraq qətlə yetirib. Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində H.Qurbanov saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31