Martın 17-də Sabirabad rayonunun Qalağayın kəndində yaşayan Ələkbər Əsədovun evinə 2 maskalı şəxs girib. Maskalılar Ə.Əsədovu və arvadı Sümbülü döyərək oradan pul aparıblar. DİN-dən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qohumları - Ceyhun Qurbanov və Vüqar Qurbanov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31