Türkiyədə qətl törətmiş şəxs Azərbaycanda tutulub
18 Mart 2016 13:34 KriminalTürkiyədə adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycanda tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Türkiyə Cinayət Məcəlləsinin 81-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Türkiyə vətəndaşı Sunmez Mehmet Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31