Əmisi oğlunun maşınını qaçıran saxlandı
17 Mart 2016 17:19 KriminalMartın 12-də Bakı şəhər sakini Rauf Şahmalıyevə məxsus "VAZ-2109" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş R,Şahmalıyevin əmisi oğlu, Zaqatala rayon sakini Camaləddin Şahmalıyev saxlanılıb. Avtomobil isə paytaxtın Nəsimi rayonu ərazisində tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31