Məhkum dostuna psixotrop həb ötürmək istədi
16 Mart 2016 16:55 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinə əsasən 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ümid Qubadovun yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini Mehmet Gencin üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olıaylar"a verilən məlumata görə, baxış zamanı onun alt paltarının içərisində gizlətdiyi 40 ədəd psixotrop həb aşkar edilərək götürülüb. Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31