Kabel oğrusu yaxalanıb

Sumqayıt ŞPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-dan 26-dək olan müddətdə törədilmiş oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, müəyyən edilib ki, həmin müddətdə Novxanı qəsəbəsində "Aztelekom" MMC-yə məxsus işlək vəziyyətdə olan rabitə kabelinin 126 metrlik hissəsini, paylayıcı kabelin 90 metrlik hissəsini və Corat qəsəbəsində paylayıcı kabelin 50 metrlik hissəsini kəsərək oğurlayan Köhnə Corat qəsəbə sakini İlham Atayev olub. Araşdırma zamanı onun əvvəllər məhkum olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31