Bərdə şəhərində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Məkan Rüstəmovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini Tural Allahverdiyev tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31