Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
16 Mart 2016 13:46 KriminalXaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl yükünə baxış keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı əl yükündə olan ərzaq məhsullarının arasından 14 min 200 ədəd "NZ Gold" markalı siqaretlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31