Nardaranda qəbiristanlıqdan silah-sursat tapılıb

Bakının Nardaran qəsəbəsində silah-sursat tapılıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayonun Nardaran qəsəbəsindəki qəbristanlıqda "Makarov" markalı tapança, 7 ədəd patron və patron darağı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31